Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? – Rəqəmlərlə bağlı AÇIQLAMAbackend

Bu il maaş və pensiyalar nə qədər artırıla bilər? - Rəqəmlərlə bağlı AÇIQLAMA

Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. Burada sosialyönümlü xərclərə, maaş və pensiyaların artırılmasına da vəsait nəzərdə tutulub. Bəs görəsən maaş və pensiyalar nə qədər artırıla bilər? Builki artım hazırkı bahalaşmanı konpensasiya edə biləcəkmi?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, hökumət keçən il inflyasiyanı konpensasiya etmək üçün  minimum pensiya və əmk haqqını, eləcə də büdcədən maliyyələşən işçilərin maaşını 20 faiz artırdı: “Bu il inflyasiya 13-14 faiz ətrafındadır. Ona görə də hesab edirəm ki, builki artım 10-15 faiz arasında ola bilər. Daha 20 faiz artımın olacağını düşünmürəm. Əgər 15 fazi artım olsa, builki inflyasiyanı konpensasiya etmək mümkünləşər. Amma məsələ ondan ibarətdir ki, xüsusən ərzaq inflyasiyası son 12 ayda 22 faizə çatıb. Əhalinin gəlirləri aşağı olan hissəsinin xərcləmələrində isə ərzaq xərcləri çoxdur. Ona görə də, hökumət bahalaşmanı konpensasiya etmək istəyirsə, əməkhaqqı və ödənişləri ən azı 20 faiz artırmalıdır”.

Ucuzluq yarada biləcək qanun 15 ildir gecikir: İnhisarçı məmurlar və  deputatlar ictimai mənafeə qarşı

Mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Fərid Mehralızadə isə bildirib ki, son illərin təcrübəsində hökumətin minimum əməkhaqqını 50 manat artırdığını görə bilərik: “Bu baxımdan düşünürəm ki, yenidən 50 manat civarında əməkhaqqı artımından söhbət gedəcək. Amma inflyasiyaya görə, bunun insanların rifahına təsirini məhdud hesab edirəm. Çünki Azərbaycanda çox ciddi miqyasda kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluq var. Minimum əməkhaqqı alan admlar iqtisadi fəal əhalinin cəmi 30 faizini təşkil edir. Yəni ölkədə 5 milyon 300 min iqtisadi fəal əhali varsa, onun təxminən 1 milyon 700 min nəfəri əmək müqaviləsi ilə çalışır. 1 milyon 700 min insanın isə təxminən 600 minə yaxını minimum əməkhaqqı alır. Qeyri-rəsmi məşğulluğun səviyyəsi yüksək olduğundan artımlar yetərli olmayacaq”.

Qadınlara qarşı ayrıseçkiliyin iqtisadi nəticələri – Əkinçi

İqtisadçının sözlərinə görə, pensiya ilə bağlı ötən ilin təcrübəsi göstərdi ki, hökumət daha çox minimum pensiya kapitalını artırır: “Bu da pensiyaçıların kiçik bir hissəsini əhatə edir. Amma hökumət hər rüb üçün 50 manat bonus ayırmaqla vəziyyəti yaxşılaşdırmağa çalışdı. Düşünürlər ki, büdcəyə gözlənildiyindən artıq gəlir daxil olursa, bu addımı atmaq olar. Amma pensiyalara birdəfəlik artımı isə gələcək illərdə də qarşılamaq lazım gələcək. Düşünürəm ki, risk amilini nəzərə alaraq yenidən rüblük ödənişlər həyata keçirilə bilər. Amma bunun nə qədər yetərli olacağı sual altındadır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*