Bu il Xankəndiyə 50 ailə köçürüləcək – RƏSMİbackend

Bu il Xankəndiyə 50 ailə köçürüləcək - RƏSMİ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.

KONKRET.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.

“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Şuşa şəhəri Malıbəyli kəndinə 50, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsini köçürəcək.

“Qaçqınkom” ümumilikdə 300 köçkün ailəsinin köçürülməsi üçün “166 Global Logistics” MMC -yə 272 min manat ödəyəcək.

Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin köçürülməsi xərci orta hesabla 907 manat təşkil edəcək. Köçürmənin bu ilin sonuna kimi həyata keçiriləcəyi bildirilir.

Köçürüləcək ailələrin 39-u Gəncə, digərləri isə Bakı, Sumqayıt, Abşeron ərazilərində məskunlaşıblar.

Məlumat üçün qeyd edək ki, “Qaçqınkom”un daha əvvəl keçirdiyi analoji tenderin qalibi də “166 Global Logistics” MMC olub. Lakin həmin tender müsabiqəsi köçürülmədən sonra həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*