Bu mağazaya yəhudilərin girməyi QADAĞAN edildibackend

Bu mağazaya yəhudilərin girməyi QADAĞAN edildi

Almaniyada Flensburqda, (Şlezviq-Holşteyn şəhəri) dərgi vitrinində “Yəhudilərə icazə verilmir” yazılmış lövhə asılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın NDR radiosu məlumat yayıb.

Mağaza sahibi, radio proqramında bildirib ki, “Qəzza zolağında baş verən hadisələrdən məyusam. Burada yəhudilərə icazə verilmir! Şəxsi heç nə yoxdur, bu, antisemitizm deyil, mən sadəcə sizə dözə bilmirəm”.

Mağaza sahibi polisin göstərişi ilə lövhəni yığışdırıb. O, bir daha belə etməyəcəyini bildirib və yəhudilərə qarşı nifrət ittihamlarını rədd edib.

Almaniya prokurorluğu mağaza sahibinə qarşı etnik ədavətin qızışdırılmasında şübhəli bilinərək cinayət işi açıb. Plakat sübut kimi götürülüb, araşdırmalar davam etdirilir.

Dəniz Pənahova

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*