Çexiya “AvtoVAZ”ın tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanda istehsal olunan “Niva” markalı minik avtomobillərini alacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “İdnes” portalı məlumat yayıb.
Bildirilib ki, “Niva” modeli texniki göstəriciləri ilə yanaşı, çex sürücülərinin nostalji marağını da qazanıb.
Belə ki, bu avtomobil Çexoslovakiyanın “Navstevnici” (1983) əfsanəvi serialında mühüm rol oynayıb.
Qeyd edək ki, Çexiyada “Niva”nın satış qiymətinin təxminən 498 min kron (təxminən 39.5 min manat) olacağı gözlənilir.