“Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında müharibə bitdikdən sonra ərəb ölkələri təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına sülhməramlı göndərməyəcək”.
KONKRET.az xəbər verir ki, İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi Bəhreyndə regional təhlükəsizlik konfransı zamanı belə deyib.
O, İsrailin yaraqlıları məhv etmək məqsədinə bu şəkildə nail olmağa çalışdığını başa düşmür.
“İnsanlar gündən-günə öldürülür, sonra biz gəlib İsrailin ardınca dağınıqlığı təmizləməliyik? Bu baş verməyəcək” – deyə Ayman əs-Səfədi əlavə edib.
Burhan,
KONKRET.az