Avstraliya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi planının “hədəflənmiş və mütənasib addım” olacağını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Avstraliya Ədliyyə Departamentinin sözçüsü Iran International kanalına açıqlama verib.
Rəsmi nümayəndənin sözlərinə görə, təklif edilən tədbirlər çox güman ki, SEPAH-da sıravi əsgər kimi xidmət etmiş şəxslərə şamil edilməyəcək və onlara qarşı hər hansı cəza tədbiri nəzərdə tutulmur.
Xatırladaq ki, Avstraliyanın baş naziri Antoni Albaneze bu ilin avqust ayında hökumətin SEPAH-ı rəsmi şəkildə terror təşkilatları siyahısına salmaq niyyətində olduğunu açıqlamışdı.
Qanunvericilik təşəbbüsü dünən ölkənin baş prokuroru Mişel Rouland tərəfindən parlamentə təqdim edilib.
Müşviq Tofiqoğlu
KONKRET.az