Finlandiya Prezidenti Aleksander Stubb CNN-ə müsahibəsində bildirib ki, Rusiya dronları ölkə sərhədini pozduğu halda onların dərhal vurulması barədə göstəriş verməyəcək.
Dövlət başçısının sözlərinə görə, belə hallarda soyuqqanlı qalmaq və tələsməmək vacibdir: əvvəlcə yoxlama aparılır, daha sonra xəbərdarlıq edilir və yalnız bundan sonra Hərbi Hava Qüvvələri qərar qəbul edir.
KONKRET.az xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovun “NATO və Avropa İttifaqı Rusiyaya qarşı müharibə aparır” açıqlamasına münasibət bildirən Stubb vurğulayıb ki, Finlandiya Rusiya ilə müharibə vəziyyətində deyil.
Müşviq Tofiqoğlu
KONKRET.az