Bu ölkə Türkiyəyə təcili 5,9 milyon dollar AYIRIRbackend

Bu ölkə Türkiyəyə təcili 5,9 milyon dollar AYIRIR

Çin hökuməti zəlzələnin nəticələri və xilasetmə işləri üçün Türkiyəyə 40 milyon yuan (təxminən 5,9 milyon dollar) məbləğində təcili humanitar yardım ayıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Çin hökuməti Suriya və Türkiyəyə təcili humanitar yardım göstərmək qərarına gəlib.

Bildirilib ki, təcili yardımın ilk partiyası Türkiyəyə 40 milyon yuan (indiki məzənnə ilə təxminən 5,9 milyon dollar) məbləğində ayrılacaq. Bu, zərər çəkmiş ərazilərə xilasetmə və tibbi qrupların göndərilməsini, eləcə də zərərçəkənlərə kömək üçün maddi resursların təmin edilməsini əhatə edəcək.

Məlumata görə, Çin Qızıl Xaç Cəmiyyəti də Suriya və Türkiyəyə müvafiq olaraq 200 min dollar ayıracaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*