Macarıstan hərbi xidmətə yararlı qaçqınları Ukraynaya təhvil verməyəcək.
KONKRET.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Zolt Şemyen deyib.
“Biz heç bir ukraynalı qaçqının hərbi xidmətə tabe olub-olmadığını yoxlamırıq. Macarıstan onları Ukraynaya ekstradisiya etməyəcək”, – deyə Şemyen bildirib.
Şemyen, həmçinin, əmin edib ki, belə adamların məlumatları Ukrayna tərəfinə verilməyəcək.
“Ukraynadan olan hər bir qaçqın Macarıstanda azad insandır, o, burada qalıb-qalmamaq, Qərbə getmək və ya istəsə, qayıtmaq barədə sərbəst qərar verə bilər”, – deyə baş nazirin müavini bildirib.