Bu ölkədə acınacaqlı durum: AB-dən yardım istəyəcəkbackend

Bu ölkədə acınacaqlı durum: AB-dən yardım istəyəcək

Slovakiyada koronavirusa yoluxma halları ilə əlaqədar vəziyyət o qədər pisləşib ki, hökumət Avropa Birliyindən yardım istəməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkənin TASR xəbər agentliyi yayıb.

Slovakiya hökuməti mülki fövqəladə hallarda qarşılıqlı yardıma əsaslanan AB mexanizmləri çərçivəsində dəstək üçün müraciət edəcək. Müraciətdə ilkin mərhələdə digər AB ölkələrindən 10 həkim və 25 tibb bacısının Slovakiyaya göndərilməsi xahiş olunacaq. Ölkədəki epidemioloji vəziyyətin pisləşəcəyi halda bu kontingentin artırılması da mümkün ola bilər.

Qeyd edək ki, 5,5 milyon əhalisi olan Slovakiyada pandemiya başlayandan indiyədək 283 min yoluxma halı qeydə alınıb, ölüm hallarının sayı isə 6168-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*