Bu ölkədə güclü zəlzələ oldubackend

Bu ölkədə güclü zəlzələ oldu

ABŞ-ın Kaliforniya ştatının Susanville bölgəsində Richter şkalası üzrə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidmətinin (USGS) məlumat yayıb. Zəlzələnin episentri Susanville şəhərinin şimal-qərbində yerləşib və yeraltı ocağı təxminən 6 kilometr dərinlikdə olub.

Məlumata əsasən, yeraltı təkanlar Nevada ştatının bəzi ərazilərində və Sakramento şəhərində də hiss olunub. Zəlzələ ətraf bölgələrdə narahatlığa səbəb olub.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və ya ciddi dağıntı qeydə alınmayıb. Ştat rəsmiləri mümkün afterşoklarla bağlı əhaliyə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*