Bu ölkədə həftədə 3 gün istirahət olacaqbackend

Bu ölkədə həftədə 3 gün istirahət olacaq

Belçikada koalisiya hökumətini təşkil edən partiyalar gündəlik iş saatlarının artırılması, həftədə 4 gün işləmək, iş saatları xaricində mesaj və e-poçtları yoxlamamaq hüququ kimi məsələlərdə razılığa gəliblər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Belçikada hökumətin razılaşdığı “əmək islahatı” işçilərin hüquqları ilə bağlı müxtəlif mövzularda yeniliklərə qərar verib.

Belə ki, daha əvvəl qəbul edilmiş və işçilərin iş vaxtını gündə 10 saata çatdıraraq həftədə 4 gün işləməyə imkan verən təkliflə bağlı yekun razılıq əldə edilib.

Razılığa gəlinən digər məsələ isə işçilərin iş saatları xaricində iş yerindən onlara göndərilən elektron poçt və internet mesajları kimi bildirişlərə cavab verməmək hüququ olub.

Hökumətin əmək islahatları paketində 2030-cu ilə qədər məşğulluğun 80 faizə çatdırılmasına yönəlmiş bəzi qaydalar da var.

Bu çərçivədə internet satış tətbiqləri üçün işçilərin hüquqlarının artırılması, işçilərin əlavə təhsil hüququ, e-ticarət işçilərinin gecə işləməsi kimi çevik iş hüquqları da islahatlar paketinə daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*