Bu ölkədə qadınlar orduda xidmət edəcəklərbackend

Bu ölkədə qadınlar orduda xidmət edəcəklər

Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.
 
KONKRET.az xəbər verir ki, bu  barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.

Nazir bildirib ki, küveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.

“Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib” – deyə nazir qeyd edib.

Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər. (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*