Bu ölkədə silahlı hücumlarda 100 nəfər ÖLDÜbackend

Bu ölkədə silahlı hücumlarda 100 nəfər ÖLDÜ

Nigeriyanın şimalındakı Katsina əyalətində bir neçə kənd naməlum silahlıların hücumuna məruz qalıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində həlak olan insanların sayı 100 nəfərə çatıb.

Qəzet yazır ki, ən azı 500 quldur Bakori rayonundakı kəndlərə hücum edərək mal-qara və qoyun sürüsünü ələ keçirərək özləri ilə aparıblar.

Yerli polis onların qarşısını almaq üçün hərəkətə keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*