Bu ölkədə Ukraynadan olan qaçqınları qəbul etmək üçün yerlər tükənirbackend

Bu ölkədə Ukraynadan olan qaçqınları qəbul etmək üçün yerlər tükənir

Ukraynadan olan qaçqınların müvəqqəti müdafiəyə malik olmasına baxmayaraq, artıq Belçikada onlar üçün kifayət qədər yer yoxdur.

KONKRET.az xəbər verir ki, onlar evsizlər üçün sığınacaqlarda və ya Brüssel dəmiryol vağzalında gecələməli olur.

Brüsseldə evsizlərlə işləyən SamuSocial təşkilatının məlumatına görə, Belçikada hər gün qeydiyyatdan keçən 100 ukraynalıdan 40-a yaxını bu günlərdə yaşamağa yer tapa bilmir.

Qaçqınların işinə cavabdeh olan Belçika hökumətinin sözçüsü Nikol de Mur həddən artıq dolu sığınacaqlarla bağlı problemi etiraf edib.

Oktyabr ayına olan məlumata görə, Ukraynadan Belçikaya 78 minə yaxın qaçqın gəlib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*