Bu ölkənin Baş naziri və ailəsi ölümlə təhdid edildibackend

Bu ölkənin Baş naziri və ailəsi ölümlə təhdid edildi

Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.

Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.

Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*