İspaniya müdafiə xərclərini artırmaq istəmədiyinə görə yəqin ki, NATO-dan çıxarılmalıdır.
KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.
“Bizim bir geridə qalanımız var idi, o da İspaniyadır… Bəlkə də, düzünü desəm, onları NATO-dan çıxarmaq lazımdır”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, iyunda NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq barədə razılığa gəliblər ki, bu da müdafiə infrastrukturunun inkişafı və Ukraynaya hərbi yardımın 1,5%-ni əhatə edəcək.