Bu prezidentin oğlu öz adına idman kompleksi açdıbackend

Bu prezidentin oğlu öz adına idman kompleksi açdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov öz adını daşıyan idman kompleksi açıb.

KONKRET.az xəbər verir ki, kompleksin açılış mərasiminə dair video Nadtereçnı rayonu administrasiyasının rəhbəri Xamzat Xasanovun Telegram kanalında yayımlanıb.

Kadrlarda idman kompleksinin yeni zalları əks olunub.

Xasanov deyib ki, idman kompleksi ən müasir avadanlıqlarla təchiz olunub:

“Planlaşdırılır ki, bu kompleks təkcə yeni nəsil çempionların hazırlanması üçün mərkəz deyil, həm də rayonun bütün gəncləri üçün fiziki inkişaf və asudə vaxtın keçirilməsi üçün əsas məkan olacaq”,- deyə o, əlavə edib.

İdman kompleksi “Dustum” adını daşıyır. Bu söz Adam Kadırovun çağırış işarəsidir. Ramzan Kadırovun sözlərinə görə, gəncliyində ona da bu çağırış adı verilib. “Dustum” tərcümədə “dostlar” mənasını verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*