Rusiya Prezidenti Vladimir Putinin sülh danışıqlarına başlamağa qərar verəcəyi məqam hələ çatmayıb.
KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib.
“Putinin problemi ondadır ki, o, çox zəif olsa da, bunu göstərə bilmir. Biz həmişə hər şeyin bir gecədə baş verəcəyini gözləyirik, məsələn, Donald Tramp zəng edir və biz razılığa gəlirik. Lakin bu məsələdə Putin qətiyyətli olmağa qərar verir və biz də təzyiqi artırmağa davam eedirik. İndi baş verənlər də məhz budur”, – Uitaker bildirib.
Onun sözlərinə görə, Putinin zəif tərəfləri arasında Kremlin “Tomahavk” raketlərinin Ukraynaya mümkün tədarükü xəbərinə reaksiyası da var.