Elə insanlar var ki, səs-küylü, partili axşamda iştirak etməkdənsə, tək qalmağı üstün tuturlar. Düzü, hər bir insanın sırf özünə ayırdığı bir neçə saat olmalıdır. Yəni həftənin hər saatını əyləncəli keçirtmək yorucudur.
KONKRET.az sözügedən psixoloji durumu incələməyəcək. Bu yazıda tək qalmağı üstün bilən xanımlardan söz açılacaq. Bu tip qadınlar bürclərə görə seçilib. Astroloqların fikrincə, onların sayı 5-dir.
Qız
Partilərdə vaxt keçirtməyi sevən bürcdür. Sadəcə, bəzi ünsiyyətlərdən məmnun qalmaya bilərlər və bu, enerji bərpasına əngəl yaradır. Əsas vaxtını hobbi, iş və digər bəyəndikləri sahələrə ayırdığı üşün evdə yalnızlıqda nə qədər zaman keçirtdiyinin fərqinə varmır. Şənlənmək təkliflərinin çoxunu rədd edirlər.
Oğlaq
Əlini-qolunu sallamadan işləyəcək tipajdırlar. Uğura gedən yolu təkbaşına qururlar. Yəni təklik onları sıxmır, əksinə bu cür vaxt keçirtməkdən zövq alırlar. Aktiv istirahət edir, fəaliyyətlərinin analizilə məşğul olurlar.
Xərçəng
Dostların əhatəsində zaman keçirtməyi xoşlayırlar. Elə ki, evə daxil oldular, çarpayılarına uzanıb yerlərindən çıxmaq istəmirlər. Həssas olduqları üçün onların qəlbinə dəyə biləcək təmaslardan qaçırlar.
Balıqlar
Gurultulu məclisdənsə, vaxtını evdə pişiyi ilə uzanmağa həsr edər. Xəyalpərəstdirlər və öz dünyaları var. Lakin təklik bəzən onları da sıxır. Özünü tənha hiss edərkən yaxşı rəsm çəkə, yaxud şeir, hekayə yaza bilərlər.
Buğa
Ziyafətləri sevirlər. Amma həftənin, heç olmasa 1 gününü yalnız qalmağa ehtiyac duyurlar. Sosial şəbəkələrə daxil olmadan, ətrafdan təcrid olaraq tənha formada gecəlikdə çarpayılarında uzanmağı sevirlər.
Hər 5 bürcün sevgi ilə bağlı ortaq rəyi isə belədir:
“Kimləsə bədbəxt olmaqdansa, tənha qalaram”.
Rəsmiyyə Şərifova,
KONKRET.az