Bu rayonun 19 yaşayış məntəqəsində qaz olmayacaqbackend

Bu rayonun 19 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Biləsuvar rayonunun 19 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, Biləsuvar qaz paylayıcı stansiyadan qidalanan daşıyıcı kəmərdə yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar 19 yaşayış məntəqəsi olmaqla 16 min abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*