Bu şəxslər Azərbaycan çempionatına buraxılmayacaqbackend

Bu şəxslər Azərbaycan çempionatına buraxılmayacaq

Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasından KONKRET.az-a verilən məlumata görə, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.

Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*