“Bu son 80 ildə Xankəndiyə təyin edilən yeganə azərbaycanlıdır”backend

“Bu son 80 ildə Xankəndiyə təyin edilən yeganə azərbaycanlıdır

“15 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Azərbaycanımızın müqəddəs bayrağını ucaltması xalqımız üçün ən əlamətdar günlərdən biridir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

O, bildirib ki, bu gün xalqın özünəinamının bərpa edildiyi gündür:

“Eyni zamanda hesab edirəm ki, bu gün torpaqların azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın, onların valideynlərinin, həyat yoldaşlarının və övladlarının fəxr etdikləri gündür.

Prezident Xankəndiyə komendant – general mayor rütbəli bir şəxsi təyin edib. Bu faktiki son 80 ildə Xankəndiyə təyin edilən yeganə Azərbaycanlı məmurdur.

Ola bilər yanlışa yol verirəm. Ancaq Sovet dövründə ora maksimum Azərbaycan partiya orqanlarında işləyən erməni millətindən olan kimisə təyin etmək mümkün olurdu.

Məsələ hansı millətdən olması da deyil. Orada və Bakıda istənilən vəzifədə istənilən Azərbaycan vətəndaşı milliyətindən asılı olmayaraq ola bilər. Ancaq ermənilərin millətçiliyə, şovinizmə meyilliyi çox təhlükəli səviyyədə yüksəkdir. Düşünürəm ki, bu bəladan ermənilər özləri xilas olmağa cəhd etməlidir”.

  • Hafiz
    Oktyabr 17, 2023 - 17:11

    Bəs necə olmalldlr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*