Bu stadionuna Ronaldonun adı veriləcəkbackend

Bu stadionuna Ronaldonun adı veriləcək

Portuqaliyanın “Sportinq” klubunun stadionunun adı dəyişdirilə bilər.

KONKRET.AZ xəbər verir ki, bunu Lissabon təmsilçisinin prezidenti Frederiko Varandas açıqlayıb.

O bildirib ki, “Joze Alvalade” stadionuna klubun sabiq futbolçusu Kriştianu Ronaldonun adını vermək niyyətitndədirlər: “Bu məsələni təxirə salmayacağıq. Onun adının bizimlə bağlı olması ilə çox fəxr edəcəyik. Kriştianu klubumuzun tarixində ən böyük rəmzlərdən biridir və belə də qalacaq. Artıq gənclər akademiyamızın divarlarında onunla bağlı dəyərləri əks etdirmişik. Sözsüz ki, Ronaldo bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusu, idman tarixinin ən yaxşı atletlərindən biridir”.

Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynamış K.Ronaldonun ilk klubu “Sportinq” olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*