Bu türk ölkəsinin adının dəyişdirilməsi TƏKLİF OLUNDUbackend

Bu türk ölkəsinin adının dəyişdirilməsi TƏKLİF OLUNDU

Qazaxıstan ölkənin adının Qazax Respublikası adlandırılmasını təklif edir.

KONKRET.az xəbər verir ki, bu təkliflə Qazaxıstanın “Ak Yol” Demokratik Partiyasının lideri Azat Peruaşev çıxış edib.

Qazaxıstanda yenə də ölkənin adının Qazax Respublikası adlandırılmasını təklif ediblər.

Partiya əmindir ki, respublika “onu yaradan insanların adı ilə” adlandırılmalıdır.

“Gec və ya tez buna gələcəyik. İnanırıq ki, bu, tarixi ədalətdir”, – deyə Peruaşev bildirib.

Adın dəyişdirilməsi ilə bağlı təklif partiyanın siyasi proqramına daxil edilib.

2019-cu ildə partiya üzvləri artıq ölkənin adının dəyişdirilməsini təklif ediblər. Lakin hökumət onların təşəbbüsünü dəstəkləməyib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2019-cu ildə ölkənin adının dəyişdirilməsi üçün heç bir əsas olmadığını bəyan edib.

2014-cü ildə Qazaxıstan lideri Nursultan Nazarbayev ölkənin adının Kazak Eli (Qazax torpağı) olaraq dəyişdirilməsini təklif edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*