Bu universiteti seçənlərin DİQQƏTİNƏ: Yaxın zamanda…backend

Bu universiteti seçənlərin DİQQƏTİNƏ: Yaxın zamanda...

“Qarabağ Universitetini seçən abituriyentlərin sayının gözləniləndən çox olması hər kəsi təəccübləndirdi. Çünki bu haqda cəmiyyətdə bir sıra aydın olmayan məqamlar var idi”.

KONKRET.az xəbər verir ki,bu sözləri təhsil eksperti Ramin Nurəliyev  deyib. O, yeni universitetə niyə bu qədər maraq göstərilməsinin səbəbini açıqlayıb:

“İxtisas seçimi mərhələsində diqqətimi cəlb edən məqamlardan biri də Qarabağ Universiteti oldu. Öncədən bu ali təhsil ocağı barədə ictimaiyyətdə bəzi narahatlıqlar var idi. Xankəndidə universitetin açılması, orada yaşam vəziyyəti, ümumi universitetin necə olacağı, inkişaf mərhələsi və s. kimi düşündürən amillər mövcud idi. Ancaq seçimdə biz bunun tamamilə əksinə şahid olduq. Çox gözəl aura ilə qarşılaşdıq. Yüksək bal toplayan abituriyentlərin Qarabağ Universitetini seçməsi olduqca müsbət haldır”.

Ekspert onu da vurğulayıb ki, növbəti illər ərzində Qarabağ Universiteti paytaxt universitetləri ilə kəskin rəqabətə başlayacaq:

“Bir çox müraciət edənlər var idi ki, Bakıda yerləşən universitetlərə düşmə imkanları olsa da, Qarabağ Universitetində təhsil almağı seçirdilər. Özüm də bunun şahidi olmuşam. Bu təbii ki, çox sevindiricidir. Universitetə və dövlətə olan inamın bir nümunəsidir. Düşünürəm ki, sözügedən ali təhsil ocağı növbəti illərdə Bakıdakı bir çox universitetlərlə ciddi şəkildə rəqabətə girəcək. Bunu rahatlıqla demək mümkündür. Çünki hazırda olan seçimlərdən, müsabiqə nəticələrindən də göründüyü kimi, Qarabağ Universitetinin seçim balları heç də aşağı səviyyədə deyil. Hətta hüquq ixtisasının keçid balını biz 500-dən aşağı təsəvvür etsək də, 550 bala qədər gəlib çatdı. Ona görə də, düşünürəm ki, bu universitet bir neçə il sonra paytaxt ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə ciddi rəqabət aparacaq”./“Yeni Sabah”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*