Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ!backend

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ!

Martın 15-dən Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

KONKRET.az APA-ya istinadən bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, həmin yollarda aparılan təmir işləri bu gün ərzində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək.

Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb.

Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*