Bu zolağa girənlər 100 manat cərimə olunacaqbackend

Bu zolağa girənlər 100 manat cərimə olunacaq

Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb.

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

KONKRET.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

  • Fəxrəddin
    Dekabr 7, 2024 - 16:05

    BAKININ NƏQLİYYAT SİSTEMİNİ YARITMAZ VƏZİYYƏTƏ AYNA GƏTİRİB,BELƏ Kİ, AYNA OLMAYANDA TIXACIN SAYI DAHA DA AZ İDİ…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*