Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir.
KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, sonuncu dəfə Afyonkarasiharda səhnəyə çıxan müğənniyə 3 milyon lirə dəyərində mərmər çanta hədiyyə edilib.
Səhnədə çiçək naxışlı qara libası, ifrat makyajı və saçları ilə diqqəti özünə çəkdirən Ərsoyun gözoxşayan hədiyyəsi əl işidir və 3 aya ərsəyə gəlib.
Mərmər çanta sosial şəbəkələrdə müzakirələrə səbəb olub.