Bundestaq Qolodomoru soyqırımı aktı kimi TANIDIbackend

Bundestaq Qolodomoru soyqırımı aktı kimi TANIDI

Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb.

KONKRET.az “Deutsche Welle”-yə istinadən xəbər verir ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib.

Qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.

“Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, – deyə bildirilib.

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya – Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*