“Bunu atama deyəndə…” – Emin Leyla Əliyeva ilə boşanmalarından DANIŞDIbackend

Bunu atama deyəndə…” - Emin Leyla Əliyeva ilə boşanmalarından DANIŞDI

“Bizim boşanmağımız haqda hamı KİV-dən öyrəndi. Atama boşandığımızı deyəndə söylədi ki, axmağam”.

KONKRET.az xəbər verir ki, bunu Məşhur ifaçı Emin Ağalarov Kseniya Sobçaka müsahibəsində deyib.

O, qeyd edib ki, hazırda Leyla Əliyeva ilə münasibətləri yaxşıdır: “Biz bacı-qardaş kimi olmuşuq. Müntəzəm olaraq zəngləşirik, şəxsi və şəxsi olmayan mövzuları müzakirə edirik. İlk gündən münasibətlərimiz isti idi, bundan qazanan uşaqlar oldular.

Biz ortaq qərarla düzgün yol seçdik. Bu gün Leyla ilə olan münasibətlərimiz əvvəlkindən daha yaxşıdır. Hesab edirəm ki, bir dövr olub ki, o məndən inciyib.

O vaxt mənim Azərbaycanda heç bir biznesim yox idi. Həmişə prezident tərəfdən tam dəstək hiss etmişəm, indi də elədir. Hətta qürrələnə bilərəm – cənab prezident bir neçə il əvvəl mənə Azərbaycanın Xalq artisti adını verib. Həmin vaxt biz artıq Leyla ilə ayrılmışdıq. Bu, onun şəxsən imzaladığı yüksək mükafatdır və buna görə ona minnətdaram”.

E. Ağalarov daha sonra Alyona Qavrilova ilə boşanmasından da danışıb: “Problem daha çox məndə idi, həyat tərzimdə, dünyagörüşümdə. Kənardan elə görünür ki, mənimlə asandır, amma əslində belə deyil. Yəqin ki, istənilən qadına mənimlə çətin olar. Hər şey mən istədiyim kimi olmalıdır, başqa cür ola bilməz. Beynim hər şeyi anlayır, ancaq güzəştə gedən adam kostyumu geyinmək hələlik mənlik deyil. Bu istiqamətdə işləməyə başlamışam. Beynimi qurdalamağa başladım, psixoloqa getdim, o da mənə kömək etməyə çalışır”./yenisabah/

  • Arzu Alıyeva
    İyul 20, 2021 - 23:05

    Salam! Her kese öz şexsi heyatinda ugurlar arzu edirem.Gün gelsin Cenab Prezidentimi yaxindan gorub,problemimi deye bilem. 2 azyaşli korpe ile acinacaqli veziyyetdeyem.

  • Natəvan
    İyul 21, 2021 - 18:55

    Salam olsun her kese.İn Şə ALLAH gun geler menimde problemimi cenab Ölke başcımız həll edər.ALLAH prezidendimizi və ailesini ölkemizin ustunden eksik etmesin.Əmin

  • Arzu.
    İyul 22, 2021 - 08:50

    YOLDAŞIM QARABAG ERTİRANİDİR CEMİ 80 MAN PENSİYA VERİLİR ÖZU GEDİB MOYKALARDA 10 YA 15 MANATA İŞLEYİR ELE OLUR ODA OLMUR ..COX CƏTİNDİ XAİŞ EDREM QARABAG VETERANLARINIDA SOVET VETRANLARİNDAN AYRMİYASİNİZ QARABAG VETERANLARİNA 80 MANATDAN BAŞQA DƏYƏR YOXDU GƏRƏK ƏLILMİ OLAYDİ HÖRMET OLUNAYDİ BU ANLAMİ ANNAMİRAM ANAYAM İKİ OGUL BOYUDUREM O OGLU HANSİ SEVGİ İLE UREKLE GÖNDERECEMKİ GET VƏTƏNƏ QULLUG ET AXİ ATALARİNİN DƏYƏRİ GÖZ ÖNUNDEDİR

  • Gülnar
    İyul 22, 2021 - 15:55

    Ümid edirəm bizimdə yazdıqlarımızı oxuyarlar.Mən ağır xəstəyəm qızım OYU da 1ci kursda pdənişlidə oxuyur indi imkanım yoxdu ödəyə bilmirən nə çıxartmırlar nə də oxutmağa gücüm çatmıt 2200m ödənişidi təhsil nazirliyinə də yazmışam baxan yoxdu xahiş edirəm Mehriban xanımdan,hörmətli orezidentimizdən mənə kömək olunsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*