Bununla Cənubi Qafqazda davamlı sülh olacaq – Japarovbackend

Bununla Cənubi Qafqazda davamlı sülh olacaq – Japarov

Qəbələ Zirvəsinin mövzusu bu gün ən vacib məsələlərdən biridir.

KONKRET.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qırğızıstan dövlət başçısı bildirib ki, bu gün xarici təhdidlər mühüm əhəmiyyət kəsb edir.

“Biz regionda təhlükəsizliyin, sabitliyin təmini üçün öhdəlik götürmüşük. Türk dünyası üz-üzə qaldığı çağırışların öhdəsindən daha yaxşı gəlməlidir. Bu baxımdan Azərbaycan və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatı alqışlayırıq. Bunun sayəsində Cənubi Qafqazda davamlı sülh, sabitlik olacaq”, – Sadır Japarov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*