Buranı Azərbaycan və Ermənistan əsgərləri birlikdə qoruya bilərlər – İLK DƏFƏbackend

Buranı Azərbaycan və Ermənistan əsgərləri birlikdə qoruya bilərlər – İLK DƏFƏ

Son vaxtlar Ermənistanda dərinləşən etirazların səbəblərindən biri də noyabr ayına qədər Azərbaycanla çərçivə sazişinin imzalanması ehtimalıdır. Hətta bunun ardınca Zəngəzur dəhlizinin açılacağı da ehtimal edilir. Regiona sülhün gəlməsi revanşistləri və havadarlarını narahat etdiyi üçün onlar qısa zamanda Ermənistanda hakimiyyət dəyişikliyinə çalışırlar.

Bəs erməni müxalifəti istəyinə çatmasa, yəni Paşinyan hakimiyyəti iqtidarda qalsa, bu il sülh imzalana bilərmi?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Sahil Kərimlinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müsbət irəliləyişlər var:

“Rəsmi Bakının konkret mövqeyi – Prezident İlham Əliyevin qətiyyətli bəyanatından aydın olur ki, sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri də Ermənistan konstitusiyasında dəyişikliyin olmasıdır. Yəni ölkəmizə qarşı ərazi iddialarından əl çəkilməlidir. Yalnız bu halda iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Ermənistanın bu bəyanatlardan dərs çıxaracağı və yaxın günlərdə referendum keçirəcəyi gözlənilir”.

Politoloqun sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Zəngəzur dəhlizi açılacaq və bu ərazidə təhlükəsizliyi Bakı ilə İrəvan birlikdə təmin etməlidirlər:

“Bu dəhlizin təhlükəsizliyini isə Ermənistan təkbaşına üzərinə götürə bilməz. İrəvanın buna nə resursu, nə də imkanları var. Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın dəhlizin təhlükəsizliyinə zəmanət verməsi mümkün deyil. Bu prosesdə Azərbaycan da iştirak etməlidir. Dəhliz təhlükəsiz və tam zəmanət halında olmalıdır. Çünki dünyanın bir çox ölkələri bundan istifadə edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*