Buzlu yol zəncirvari qəzaya səbəb oldu – VİDEObackend

Buzlu yol zəncirvari qəzaya səbəb oldu - VİDEO

Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub.

Güclü zərbənin təsirindən avtomobillərdən ikisi yoldan çıxaraq dərəyə aşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*