Çalışdığı “moyka”dan maşın qaçırdıbackend

Çalışdığı "moyka"dan maşın qaçırdı

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində “Hyundai” markalı avtomobili qaçırmaqda şüphəli bilinən şəxs saxlanılıb.

KONRKET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*