Canni De Byazi: “Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var”backend

Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

“Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var”.

KONKRET.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb: “Rəqibin İtaliya seçməsi ilə matçını futbolçulara göstərmişəm. Sabah ağıllı oyuna üstünlük verməliyik. Bu komandaya qarşı yaxşı müqavimət göstərmək üçün gücümüz var”.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

  • Omer
    Noyabr 19, 2022 - 15:17

    Eger siz oz dusuncenizle hereket etseniz yaxsi olacaq.. Yox eger kanar mudahilelere qulaq assaniz hec ne alinmaz. En esasi komanda artiq 4 oyunda oz sozunu deyib. Bu gorusun neticesinde asili olmayaraq ela seriyadir. Ugurlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*