Casus parkda ölü tapıldı, ölkə bir-birinə dəydibackend

Casus parkda ölü tapıldı, ölkə bir-birinə dəydi

Honq-Konq kəşfiyyat xidmətinin agenti olmaqda günahlandırılan Britaniya Kral Donanmasının keçmiş üzvü və Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinin əməkdaşı Metyu Triket parkda ölü tapılıb.

KONKRET.az xəbər verir ki, 37 yaşlı Metyu Trikett paytaxt Londonun qərbindəki Maydenhead qəsəbəsində yaşayırdı. Bildirilib ki, Trickett bazar günü həmin şəhərin Qrenfell Parkında ölü tapılıb.

Temza Vadisi bölgə polisi Trickettin ölüm səbəbinin yarılma ilə müəyyən edilə biləcəyini açıqlayıb. Trikettə təcili tibbi yardım göstərilsə də, onun hadisə yerində öldüyü məlum olub.

Ailəsi tərəfindən edilən şərhdə vurğulanıb ki, Daxili İşlər Nazirliyinin immiqrasiya zabiti olan Trikett 2007-2013-cü illər arasında Britaniya Kral Dəniz Qüvvələrində altı il əsgər kimi xidmət edib.

Trikett eyni zamanda “MTR Consulting” adlı özəl təhlükəsizlik firmasının sahibi olub.

Qeyd edək ki, ötən həftə Chi Leung Wai və Chung Biu Yuen adlı şəxslər Trikettlə birlikdə Milli Təhlükəsizlik Qanunu çərçivəsində məhkəməyə aparılıb və Honq Konq kəşfiyyatına kömək etməkdə ittiham ediliblər.

Məhkəmədə sözügedən şəxslər 20 dekabr 2023-cü il və 2 may 2024-cü il tarixləri arasında “xarici kəşfiyyat xidmətinə faydalı olacaq” məlumat toplamaq və müşahidələr aparmaqda ittiham edilib.

Şübhəlilərin Honq Konq kəşfiyyatının xeyrinə Böyük Britaniyada demokratiya tərəfdarı olan müxalifləri izlədikləri iddia edilib.

Bu şəxslərə qarşı başqa bir ittiham isə mayın 1-də İngiltərədəki ünvana zorla daxil olmaları olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*