Çavuşoğlu AÇIQLADI: “Yol xəritəsinin hazırlanması “Suriya dördlüyü” formatında həll olunacaq”backend

Çavuşoğlu AÇIQLADI: “Yol xəritəsinin hazırlanması “Suriya dördlüyü” formatında həll olunacaq”

“Yol xəritəsinin hazırlanması “Suriya dördlüyü” formatında həll olunacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Rusiya, Türkiyə, Suriya və İranın nümayəndələri xarici işlər nazirlərinin müavinləri səviyyəsində Ankara və Dəməşq arasında münasibətlərin normallaşması üçün yol xəritəsinin hazırlanmasını müzakirə edəcəklər:

“Dörd ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nümayəndələri yaxın günlərdə görüşəcək və normallaşma prosesi üçün yol xəritəsinin hazırlanması üzərində işləyəcəklər. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla son telefon danışığında müzakirə olunub”, – deyə Çavuşoğlu bildirib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*