Caz musiqiçisi Vikram Ruzaxunov sərbəst buraxıldıbackend

Caz musiqiçisi Vikram Ruzaxunov sərbəst buraxıldı

Caz musiqiçisi Vikram Ruzaxunov sərbəst buraxılıb.

KONKRET.az xəbər verir ki, bundan əvvəl Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu terrorçuluqda ittiham edərək, istintaq təcridxanasına göndərmişdilər.

Hazırda Ruzaxunov artıq vətəninə, Qırğızıstana aparılır.

Qazaxıstanın dövlət telekanalları döyülən musiqiçinin iğtişaşlarda iştirak etmək üçün 200 dollara işə götürüldüyünü etiraf edən videonu sosial şəbəkələrdən siliblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*