Cəlilabadda 46 yaşlı qadın itkin düşüb – FOTObackend

Cəlilabadda 46 yaşlı qadın itkin düşüb - FOTO

Cəlilabad rayonunun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Xeyrulla qızı Əliyeva noyabrın 15-də saat 11:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Məlumata görə, Xalidə Əliyevanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində boz rəngli köynək və qara rəngli şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*