“Çelsi”nin baş məşqçisi mətbuat konfransına gəlmədibackend

"Çelsi"nin baş məşqçisi mətbuat konfransına gəlmədi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının XIX turunda “Bornmut”la 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra mətbuat konfransını buraxıb.

KONKRET.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis səhhətində kəskin pisləşmə yaşadığı üçün jurnalistlərin suallarını cavablandıra bilməyib.

Onun əvəzinə mətbuat konfransında köməkçi məşqçi Villi Kaballero iştirak edib.

Kaballero bildirib ki, Mareska son iki gündür özünü yaxşı hiss etmir və xəstələnib.

Hazırda Entso Mareskanın vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*