Çempionlar Liqası tarixinin ən yaxşı klubları bəlli oldubackend

Çempionlar Liqası tarixinin ən yaxşı klubları bəlli oldu

UEFA Çempionlar Liqası tarixinin ən yaxşı klublardan ibarət reytinq cədvəlini hazırlayıb.

KONKRET.AZ xəbər verir ki, burada komandaların 1995-ci ildən 2019-cu ilədək olan çıxışları nəzərə alınıb.

Birinci yerdə 600 xalla İspaniyanın “Real Madrid” klubu qərarlaşıb. Bu komanda 50 mövsüm ərzində 437 görüş keçirib. İkinci yerdə 474 xalla Almaniyanın “Bayern Munich” klubu, üçüncü yerdə isə 446 xalla İspaniyanın digər nəhəngi “Barcelona” yer alıb.

Qeyd edək ki, 5 ilə yaxındır ÇL-da çıxış etməyən İtaliyanın “Milan” klubu 314 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Çempionlar Liqası tarixinin ən titullu klubu 13 kubokla “Real Madrid” klubudur. “Kral klubu”nu 7 titulla “Milan” izləyir.

Hazırladı: Royal TÜRKSOY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*