Cənubi Koreya Şimali Koreyanı “vurdu”backend

Cənubi Koreya Şimali Koreyanı "vurdu"

Cənubi Koreya Şimali Koreyanın ölkə sularına bir sıra ballistik raketlər atıb.

KONKRET.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada bildirilir ki, Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində 10 qısamənzilli ballistik raket atılıb. ABŞ və Yaponiyaya bu barədə məlumatlandırılıb.

Yaponiya Müdafiə Nazirliyi raketin düşdüyü barədə gəmilərə məlumat verildiyini və heç bir zərər məlumatının olmadığını açıqlayıb.

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın mayın 27-də Sarı dənizə doğru “peyk raketi” buraxdığını bildirib.

Cənubi Koreya mayın 28-də Şimali Koreyanın sərhəddən 150-dən çox şar göndərdiyini açıqlayıb. Son hadisələrlə iki ölkə arasında gərginliyin daha da artacağına dair narahatlıqlar var.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*