Çexiyada baş vermiş yanğın zamanı 11 nəfər öldübackend

Çexiyada baş vermiş yanğın zamanı 11 nəfər öldü

Çexiyanın şimal-şərqində, Moraviya-Sileziya diyarının Bohumin şəhərində çoxmərtəbəli panel binaların birində baş verən yanğın zamanı üçü uşaq olmaqla 11 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin yanğınsöndürənlər və xilasedicilərdən ibarət birləşmiş korpusunun nümayəndəsi Lukaş Popp məlumat verib.

“Bohumin şəhərində 14 mərtəbəli panel binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın altı nəfərin ölümünə səbəb olub, onlardan 3-ü uşaqdır. 13-cü mərtəbədəki mənzildə yaşayan daha beş nəfər isə evlərini vaxtında tərk edə bilmədikləri üçün pəncərələrdən özlərini aşağı atıblar. Nəticədə onlar yerə düşərək ölüblər”, – deyə məlumatda qeyd olunub.

Yanğının səbəbləri polis tərəfindən araşdırılır. Ehtimallardan birinə görə, yanğın naməlum bir şəxs tərəfindən törədilib.

apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*