Çexiyadan Rusiya ilə bağlı QADAĞA: Bundan sonra diplomatlar…backend

Çexiyadan Rusiya ilə bağlı QADAĞA: Bundan sonra diplomatlar...

Çexiya hökuməti Rusiya diplomatlarının və ölkədə akkreditasiyadan keçməmiş xidməti pasport sahiblərinin ölkəyə girişinə qadağa qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Yan Lipavski bildirib.

“Bu tədbir beynəlxalq hava limanlarına şamil edilir. Təxribat əməliyyatlarının sayı artır və biz diplomatik pərdə altında fəaliyyət göstərən agentlərdən istifadə riskinə qarşı addım atacağıq. Biz digər ölkələrə nümunə göstəririk və mən Şengen səviyyəsində ən sərt tədbirlərin görülməsinə davam edəcəm”, – Çexiyanın xarici işlər naziri vurğulayıb

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*