Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu vəliəhd və Baş nazir Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib.
KONKRET.az bildirir ki, bu barədə vəliəhdin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verilir.
Qeyd edək ki, Azərbaycan XİN başçısı Bəhreyndə rəsmi səfərdədir və artıq krallığın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.
KONKRET.az xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıb.