Ceyhun Bayramov Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak etdibackend

Ceyhun Bayramov Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

KONKRET.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri bu barədə tviter hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*