Ceyhun Bayramov üç il sonra Mirzoyanla telefonla danışdıbackend

Ceyhun Bayramov üç il sonra Mirzoyanla telefonla danışdı

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. 

Azərbaycan XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

“Qafqazinfo” qeyd edir ki, bu, Birgə Bəyannamə imzalandıqdan sonra XİN rəhbərlərinin ilk telefon danışığıdır. Bundan öncəki danışıq isə 2022-ci ilə təsadüf etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*