CIDC-2025 rəsmiləri kibertəhlükəsizlik sərgisindəbackend

CIDC-2025 rəsmiləri kibertəhlükəsizlik sərgisində

Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defense Challenge – CIDC-2025” beynəlxalq kiberfestivalının ikinci günü tədbirin rəsmi qonaqları və tədbir iştirakçıları “Kibertəhlükəsizlik” sərgisi ilə tanış olublar.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət rəsmiləri – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Həsən Mansurov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov və digər rəsmilər CIDC-2025-də təqdim olunan kibertəhlükəsizlik həlləri ilə tanış olublar.

Qeyd edək ki, bu il CIDC-2025-in kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim edib. Eləcə də, sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*