Çin ABŞ-la bu sahələrdə əməkdaşlığı DAYANDIRDIbackend

Çin ABŞ-la bu sahələrdə əməkdaşlığı DAYANDIRDI

Çin ABŞ-la bir sıra sahələrdə əməkdaşlığı dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Pekin Vaşinqtonla bir sıra sahələrdə əməkdaşlığı kəsir.

Pekinin mövqeyinə görə, regional hərbi əməkdaşlıq çərçivəsində, eləcə də Çin və ABŞ Müdafiə Nazirliyinin nümayəndələri arasında işgüzar görüşlər formasında dialoq müvəqqəti olaraq dayandırılır. Bundan əlavə, ABŞ nümayəndələri ilə dəniz təhlükəsizliyi mövzusunda görüşlər keçirilməyəcək.

İqlim dəyişikliyi, narkotiklərlə mübarizədə əməkdaşlıq, ədliyyə sahəsində tərəfdaşlıq, beynəlxalq cinayət, qeyri-qanuni miqrasiya və vətəndaşların repatriasiyası ilə bağlı danışıqlar dayandırılır.

Avqustun 5-də məlum olub ki, Pekin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq ABŞ Müdafiə Nazirliyi və Çin nümayəndələrinin işçi görüşünü ləğv edib və iki dövlətin regional hərbi komandanlıqlarının nümayəndələri səviyyəsində dialoq olmayacağını bəyan edib.

Çin ABŞ-la regional hərbi komandanlıqlar səviyyəsində də dialoqu dayandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*